İngiltərə Premyer Liqasının 4-cü turu gözlənilməz nəticələrlə yadda qalıb. Xüsusilə də son çempion “Liverpul”un “Aston Villa”ya səfərdə böyük hesabla məğlub olmasi diqqət çəkib. Çempionluq uğrunda mübarizə aparan “Mançester Yunayted” isə doğma meydanda rüsvay olub. “Tottenhem” futbolçuları “qırmızı şeytanları”ndan qapısından 6 top keçiriblər.

Ingiltərə Premyer Liqasının 4-cü turu son çempion “Liverpul” üçün düşərsiz olub. Yurgen Klopun komandası “Aston Villa” səfərində gözlənilmədən böyük hesabla məğlub olub. 9 qolun vurulduğu qarşılaşmada hesab artıq 4-cü dəqiqədə açılıb. Oli Otkins fərqlənməklə komandasını önə keçirib. 22-ci dəqiqədə Uotkins 2-ci topu “mersesaydlılar”ın qapısından keçirib. 33-cü dəqiqədə “Liverpul”un liderlərindən biri olan Məhəmməd Salah buraxılan toplardan birinin vəzini çıxsa da, 2 dəqiqə sonra qonaqlar qapılarında 3-cü qolu da görüblər. Bu dəfə Con Makgin dəqiq oynayıb. Bundan 4 dəqiqə sonra Uotkins het-trik etməklə hesabı 4-1 edib. “Aston Villa” ikinci hissəyə də fəal başayıb. 55-ci dəqiqədə təcrübəli Ross Barkli “Liverpul”u 5-ci dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. 60-cı dəqiqədə Məhəmməd Salah buraxılan toplardan yenə birinin əvəzini çıxsa da, bu görüşün sonrakı gedişatına heç bir təsir göstərməyib. Çünki 66 və 75-ci dəqiqələrdə Cek Qrilişin qolları ilə “Liverpul”un “Aston Villa”ya böyükhesablı məğlubiyyəti rəsmiləşib:  “Aston Villa-Liverpul 7-2. Qeyd edək ki, bu çempionun cari mövsümdə ilk məğlubiyyəti olub.

“Liverpul” kimi “Mançester Yunayted” də turu rüsvayçı məğlubiyyətlə başa vurub. Əslində Ole Qunner Sulşerin yetirmələri doğma “Old Trafford”dakı doğma meydandakı oyuna yaxşı başlayıblar. 2-ci dəqiqəqə “Tottenhem”in qapısına təyin olunan penaltini Brunu Fernandeş dəqiq yerinə yetirin. Amma bu qol meydan sahiblərinin oyundakı yeganə qolu olub. Qalan dəqiqələrdə meydanda istədiklərini edən “Tottenhem” futbolçuları rəqibə əsl futbol dərsi keçiblər. Buraxılan qoldan 2 dəqiqə sonra Tanqi Ndombele hesabı bərabərləşdirib. Sonradan ilk hissədə Son Hun Min iki, Harri Keyn isə bir dəfə fərqlənib. İlk hissəni 4-1 hesabı ilə öndə başa vuran Joze Maurinyonun komandası ikinci yarıda daha iki qol vurub. 51-ci dəqiqədə Serj Orye fərqlənibsə, 79-cu dəqiqədə penaltidən yararlanan Harri Keyn dublunu rəsmiləşdirmıklə oyunda da son nöqtəni qoyub: “Mançester Yunayted” – “Tottenhem” 1-6.

Mövsümdə ikinci dəfə məğlub edən “Mançester Yunayted” hazırda 3 xalla 16-cı yerdədir. 7 xala malik “Tottenhem” 6-cıdır. “Liverpul” 9 xalla 5-ci, “mersesaydlılar”ı məğlub edən “Aston Villa” futbolçuları isə 2-ci pillədədir. Premyer Liqaya 4 oyundan 12 xal toplayan “Everton” başçılıq edir.